Reklam verin!

QARABAĞLILARIN «QARABAĞ»I

16 il. İlk baxışdan, bəlkə də 100 illik müharibələrin yanında kiçik bir tarixdir. Ancaq Azərbaycan kimi vaxtilə dayaqsız qalıb, hətta özünü müdafiədən də məhrum saxlanılmış, halal torpaqlarının 20% itirmiş bir dövlət üçün bu çox uzun bir zamandır, həddən artıq uzun.  Hətta o qədər uzun ki, indi bu məmləkətin əli silah deyil, adi dəmir parçası tutan vətəndaşı da ona bu acıyı yaşatdığı üçün düşməni gəbərtməyə hazırlıq görür. İş təkcə bir əmrə, bir imzaya qalıb.


Yaltaq və ikiüzlü ermənilərin  yalançılığının qurbanı olan Qarabağdan danışacam. O,  Qarabağ ki, artıq onun məscidindən “tövlə”, məktəbindən ayaqyolu kimi  kimi istifadə olunur.16 il hələ də bu məsələnin qalması və problemin həll olunmamasının günahı kimdədir ? Bax elə burda günah nə ATƏT-də, nə Amerikada, nə də Rusiyadadı.Günah bizim özümüzdədir.Rusiya və Amerika Azərbaycanın ərazi bütövlüyünü rəsmi olaraq tanıdığını deyir. ATƏT-dən isə istədiyimiz vaxt imtina edə bilərik.Əgər müharibəyə mənəvi cəhəddən hazır olsaq.Atalarımız yaxşı deyib “El bir olsa,dağ oynadar yerindən”.

Təbiidir ki,El bir olsa.Bəs biz birikmi?Əsla.Son zamanlarda tez-tez bir fikirə görə hətta yaxın ətrafımla mübahisəyə qalxıram: «Qarabağı getsin qarabağlılar alsın».

Belə çıxır ki, Qarabağ ancaq Qarabağlılarındır.

Onda ortaya sadə məntiq çıxır: Belə yanaşma ilə, gərək prezident İlham Əliyev Qarabağı azad etmək üçün danışıqlar aparmasın! Axı o Qarabağlı deyil? Bu fikri tirajlayan dostlarım onda gərək siz Bakıda yaşamayasız, axı siz bakılı deyilsiz! Hə, necədi cənablar! Ayıbınız olsun!

Digər tərəfdən Amerika və Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bəyan edə –edə, danışıqlar zamanı Ermənistanın da maraqlarının əsas götürülməsini söyləyir, Qarabağda öz hərbi hissələrini yerləşdirir. Hətta o gün, dərslərindən «2» alan sinif yoldaşım da, bu məntiqə güldü, absurd saydı. Doğurdan da çox məntiqsiz bir mövqeydir.Deməli Amerika və Rusiya kimi hegemon dövlətlər Ermənistan kimi cırtdan dövlətin işğalçılıq siyasəti qarşısında aciz qalıb?Əlbətdə ki yox.Rusiya bu problemin qalmasında maraqlıdır.Çünki Rusiya bu münaqişə vasitəsi ilə Ermənistan və Azərbaycanı öz təsiri altında saxlamaq istəyir.Məqsədinə isə bu günə qədər nail olub.

Qazax Nağı

Yazının açar sözləri: Baxış sayı: 140


1
Qulam yazıb:

umumiyyetle Qazax bey siz cox sehv buyurursunuz....
siz bununla cenab prezidentimizin siyasetine qarsi cixirirsiniz...

İyul 10, 2008 23:01
2
Qazax Nagi yazıb:

Qulam bey Bu menim subyektiv fikrimdi

Avqust 1, 2008 14:19

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha